Ərbəin yürüşündə yol boyu Azərbaycan şəhidləri yad edilir

Ərbəin yürüşündə yol boyu Azərbaycan şəhidləri yad edilir. Şəhidlərin şəkilləri milyonlarla zəvvarın keçdiyi Kərbəla yolunda asılıb. Bu barədə Giperrsilka.ru xəbər verib. Qeyd edək ki, Ərbəin sentyabrın 17-nə təsadüf edir.

Şeyx Cavid Əjdərbəy məscidindən kənarlaşdırılıb

Əjdərbəy məscidinin axundu Şeyx Cavid Məmmədov vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə sentyabrın 8-də Sirat.az xəbər verib. Əldə olunan məlumata əsasən, ilahiyyatçı çoxdandır axundluq etməsə də, məsciddə dini ayinləri icra edirdi. Lakin bu gün Cavid Məmmədov tam olaraq məsciddən kənarlaşdırılıb.