Avstraliyada Ərbəin yürüşü keçirilib

Ərbəin günü Kərbəla faciəsini yad etmək üçün Beynəlxalq Əl-Hüseyn Təşkilatının şöbəsi Avstraliyanın Adelaida şəhərində yürüş təşkil edib. Yüzlərlə müsəlmanlar əllərində tutduğu bayraqlarla Adelaidanın mərkəzindən iki kilometr məsafədə yürüş etdilər. Tədbirdə, həmçinin ehsanlar da verilib.

Azərbaycandan Ərbəinə yollanan zəvvarların sayı açıqlanıb

Bu il Ərbəin ziyarətinə təqribən 35 min azərbaycanlı zəvvar səfər edib. Bunu Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov deyib. Bu barədə sentyabrın 19-da shiawaves-ə istinadən Sirat.az xəbər verir. Nəsir Məmmədovun sözlərinə görə, qeyd olunan say ümumidir və arta bilər. Belə ki, ziyarət hələ bitməyib və Kərbəlaya zəvvarların gəlişi davam edir.