Zərdab rayonu Gəlmə kəndi İmam Hüseyn məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Zərdab rayonunun Gəlmə kəndində yerləşir. İbadət evi 1903-cü ildə inşa edilib.

İbadətgahın güldəstə formasında altıguşəli günbəzi var. İbadət evinin 2 giriş qapısı və 12 pəncərəsi mövcuddur. Pəncərələr taxtadan hazırlanıb və tağvari formadadır. Qapıların önündə isə eyvan yerləşir. Eyvanların döşəməsi betondan, tavanı isə fanerdəndir. Məscidin tavanı dördbucaqlıdır və kərpiclə hörülüb. İbadət evinin həyəti hasarla əhatə edilib.

1989-cu ildə məscidin dam örtüyü kənd sakinləri tərəfindən təmir olunub.

1936-cı ildə ibadət evi xəstəxana, dəlləkxana, inzibati bina, anbar və broyler kimi istifadə edilib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.