Yasamal rayonu Xanım Zəhra məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Yasamal rayonu Xanım Zəhra məscidiMəscid Bakıda, Yasamal rayonunda, Çingiz Mustafayev küçəsi 90-da yerləşir. İbadətgah Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən 1919-cu ildə inşa edilmişdir.

Məscid iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalı birinci mərtəbədə, qadınlar üçün isə ikinci mərtəbədə yerləşir. Qadınların ibadət zalına giriş və qadınların dəstəmazxanası məscidin arxa tərəfindədir. Kişilərin dəstəmazxanası isə məscidin ön hissəsində giriş qapısının yanında yerləşir.

İbadətgahda eyni anda 350 nəfər ibadət edə bilər. İbadət evinin bir minarəsi və bir günbəzi var. Məscidin daxilində, günbəzin altında dairəvi formada “Ayət əl-Kürsi” (Bəqərə surəsi 255, 256, 257-ci ayələr) yazılıb. Günbəzin pəncərələri arasında 14 məsumun adı yazılıb.  İbadət zalında mehrabın yuxarısına Təthir ayəsi (Əhli Beytin (s.ə) şəninə nazil olan ayələrdən biri) həkk olunub. Məscidin daxilində, divara İmam Hüseynin (ə.s) məzar üzərindən olan mərmər daş vurulub. Daşın üzərində ərəbcə “Ya Hüseyn” yazılıb. İbadətgahın üçpilləli taxta minbəri var.

Məscid 2010-cu ildə təmir edilib.

Mənbələr:

  1. http://www.dqdk.gov.az
  2. https://kataloq.gomap.az