Yardımlı rayonu Seyyid Mir Kamal piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir Yardımlı rayonunun Perimbel kəndi ərazisində yerləşir. Ukraynada yaşayan kənd sakini Muşviq Hacı Sabir oğlu İsmayılovun şəxsi vəsaiti hesabına burada tikili inşa edilib.

Pir səkkizguşəli formadadır. Ziyarətgahın pəncərələri və qapısı tağvari formaya malikdir. Tikilinin üst hissəsi yarım dairə formasındadır və səkkizguşəlidir. Pirin həyətyanı sahəsi hasara alınıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.