Yardımlı rayonu Perimbel kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscidi Yardımlı rayonunun Perimbel kəndində yerləşir. İbadət evi 1994-cü ildə inşa edilib. Həmçinin “Hacı Mircəfər Ağa məscidi” adı ilə də tanınır.

Məsciddə, eyni zamanda 160 nəfər ibadət edə bilər. Tikili düzbucaqlı formadadır, döşəməsi torpaq, tavanı isə taxtadandır. İbadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Məscidin divarları xüsusi naxışlarla bəzədilib, dam hissəsində göy rəngdə dairəvi günbəz inşa edilib. İbadət evinin hündürlüyü 25 metr olan iki minarəsi var. Minarələr qırmızı kərpicdən tikilib.

Məscid 2000-ci ildə təmir olunmuşdur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. https://m.facebook.com