Yardımlı rayonu Mişkireyn kəndi Şeyx Sultan Seyid Məhəmməd türbəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahTürbə Yardımlı rayonunun Mişkireyn (köhnə Muxuş) kəndi ərazisində yerləşir. Burada müqəddəs Şeyx Sultan seyid Məhəmmədin məzarı yerləşir. Türbənin tarixi orta əsrlərə aiddir.

Deyilənə görə, məzarda yatan Şeyx Sultan seyid Məhəmməd İranın və İraqın şəhərlərinə səyahət etmiş, geniş dünyagörüşə və savada malik olmuşdur. O, Yardımlıda “Şeyx” dini rütbəsini qazanmış iki şəxsdən biri idi.

Ziyarətgah ərazisində eyni tarixi dövrə aid olan qədim qəbiristanlıq var.

Türbə yerli əhəmiyyətli abidə sayılır.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.