Məscid Yardımlı rayonunun Honuba kəndi ərazisində yerləşir.
İbadət evinin divarları qırmızı kərpicdən hörülüb, damı isə ağ dəmir təbəqə ilə örtülüb. Məscidin iki ağ plastik və bir dəmir qapısı var. İbadət evinin ön tərəfində dörd ağ plastik və bir yaşıl taxta pəncərə yerləşir. Məscidin damında kvadrat günbəz var və onun dam örtüyü dəmir təbəqədəndir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.