Məscid Yardımlı rayonunda, Dəlləkli kəndinin ərazisində yerləşir. Yerli sakinlərin sözlərinə görə, ibadət evi XIX əsrin sonlarında inşa edilib.
İbadətgah düzbucaqlı formadadır və mişar daşından tikilib. Məscidin dam şiferlə örtülüb, tavanı isə taxtadan inşa olunub. İbadət evinin minarəsi yoxdur, günbəzi isə taxtadan tikilib. Məscidin qapı və pəncərələri, həmçinin taxtadan düzəldilib. 1965-ci ildə məsciddə əlavə otaq tikilib.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.