Yardımlı rayonu Çay Üzü kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Yardımlı rayonu Çay Üzü kənd məscidiMəscid Yardımlı rayonunun Çay Üzü kəndində yerləşir.

Məscid qoşa minarəyə və iki yaşıl günbəzə malikdir. Minarələrin hündürlüyü 12 metrdir. Məscid binasının xarici hissəsi açıq sarı rənglə boyanıb. İbadətgahın qarşısında üç ədəd tağ yerləşir.

İbadət evi Yardımlı rayonunun ən gözəl məscidlərindən biri hesab edilir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.