Yardımlı rayonu Allar kəndi Baba Pirəli türbəsi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahTürbə Yardımlı rayonunun Allar kəndi ərazisində yerləşir. Yerli sakinlər buranı Bobo Pirəli türbəsi kimi də adlandırırlar.

Yerli ağsaqqalların sözlərinə görə, sovet dövründə rus əsgərləri buranı qarət etmişdilər. Lakin onlar uzaqlaşmaq istəyəndə yer aralanmış və onlar yerə batmışdılar.

Türbə qırmızı kərpicdən inşa edilib.

Ziyarətgah yerli əhəmiyyətli abidə sayılır. Tikili hazırda baxımsız vəziyyətdədir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.