Məscid Yardımlı rayonunun Əsədabad kəndi ərazisində yerləşir. İbadət evinin ərazisi əvvəllər Hacı Mir Möhsün ağa adlı şəxsin evi olub. Bu ev 1994-cü ildən məscid kimi istifadə olunur.
İbadətgah düzbucaqlı formadadır, kərpic və çay daşı ilə tikilib. Məscidin tavanı taxtadandır, dam örtüyü isə şiferdəndir. İbadət evinin bir giriş qapısı var. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar və kişilər şöbələrini ayıran arakəsmə kərpicdəndir. Məscidin damında altıguşəli günbəz yerləşir. Günbəzin üstü ağ dəmir ilə örtülüb.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.