Yardımlı rayon Ağahəsən ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

İbadətgahOcaq Yardımlı rayonunun Anzov kəndinin mərkəzində, Anzov kənd məscidinin yanında yerləşir. Bu ocağının belə adlandırılması, burada Ağahəsən adlı şəxsin evinin yanında yerləşməsindən və onun bu ziyarətgahı qoruması ilə bağlıdır.

Bura əvvəllər “Pirə Piruzə” adlandırılırdı. Yerli sakinlərin sözlərinə əsasən, burada Piruzə adlı qadın dəfn olunub. Burada qadın məzarı olduğuna görə isə, ona pir yox pirə deyilib. 1950-ci illərdə bu məzarın ətrafına taxta hasar çəkilmişdir və məzar yenidən bərpa olunmuşdur. Məzarın üzərinə isə taxtadan örtük çəkilmişdir. Tikinti zamanı məzarın üstü sokülərkən, kirkirə (əl daşı, qadın əmək aləti) aşkar edilmişdir, bu isə məzarın qadına məxsus olmasının sübutudur.

Ocağın divarları mişar daşlarından tikilib. Bu pirin iki giriş qapısı və bir pəncərəsi var. Ziyarətgahın pəncərəsinin və qapılarının üstü tağvaridir. Pirin dam örtüyü yaşıl rəngli məxmər təbəqə ilə örtülüb.

2005-ci ildə Şahbazov Şahbaz adlı şəxs tərəfindən ocağ təmir edilib. Bu təmirdən sonra ziyarətgahda bəzi dəyişiliklər olub. Ziyarətgahın binası qapalı və acıq tağlı, üstü günbəzli və səkkizgüşəli prizma formasında inşa olunub.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.