Ucar rayonunun Ramal kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ucar rayonu Ramal kənd məscidiMəscid Ucar rayonunun Ramal kəndinin ərazisində yerləşir. İbadət evi 1995-ci ildə inşa olunub.

İbadətgah düzbucaqlı formadadır və onun həyəti dəmir hasarla əhatələnib. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb, tavanı və divarları naxışlar və Quran ayələri ilə bəzədilib. Məscidin taxtadan düzbucaqlı formada altı pəncərəsi və bir taxta qoşa qapısı var. Qapı və pəncərələr naxışlarla bəzədilib. Qapının üstündə ərəbcə “Allah”, “Rəhimli və Mərhəmətli Allahın adı ilə” kəlmələri, qapının sağ tərəfində “Allah”, sol tərəfində isə “Məhəmməd” adları yazılıb. Giriş hissəsini yağışdan qorumaq üçün dam artırılıb. Bu damın kənarında dəmir təbəqə üzərində “Kəlimeyi-şəhadət” həkk olunub. İbadət evinin tağvari formada mehrabı və beşpilləli minbəri var. Mehrabın üstündə “Kəlimeyi-şəhadət”, kənarlarında isə “Fatihə” və “Bəqərə” surələri yazılıb. İbadətgahın sağ tərəfində dəmir borudan minarə ucaldılıb və onun üstündə aypara rəmzi quraşdırılıb. Günbəz dairəvi formadadır, gözlüklərlə əhatələnib və onun iç tərəfi naxışlar və Allahın adları ilə bəzədilib.