Məscid Ucar rayonunun Qaradağlı kəndinin ərazisində yerləşir. İbadət evi 1997-ci ildə inşa edilib.
Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadətgahın ön tərəfində açıqşəkilli eyvan yerləşir. Giriş qapılarının yan tərəfində iki yardımçı otaq var. İbadət evi 14 metrlik qoşa minarəyə malikdir. Minarələr dəmir borudandır, tək şərəfəlidir, onların üst hissəsi ağ dəmir təbəqə ilə işlənib və üstündə aypara ilə səkkizguşəli ulduz rəmzi quraşdırılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.