Ucar rayonu Lək kənd məscidi II

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Ucar rayonunun Lək kəndinin ərazisində yerləşir. İbadət evi 1991-1994-cü illərdə inşa edilib.

İbadətgah düzbucaqlı formadadır, çay daşı, mişar daşı və kərpicdən tikilib. İbadət evinin damı şiferdəndir. Məscidin qapı və pəncərələri düzbucaqlı formadadır və taxtadan hazırlanıb. İbadətgahın günbəzi güldəstə formasındadır və üstü dəmir təbəqə ilə örtülüb. Günbəzin qubbəsində aypara ilə səkkizguşəli ulduz rəmzi quraşdırılıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.