Ucar rayonu Boyat kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Ucar rayonunun Boyat kəndinin ərazisində yerləşir İbadət evi 1990-cı ildə yerli əhali tərəfindən inşa olunub. Bura, həmçinin İmam Hüseyn (ə.s) məscidi adnanır.

İbadətgah düzbucaqlı formadadır və çay daşından tikilib. İbadət evinin damı qırmızı kirəmitlə örtülüb, tavanı və döşəməsi isə taxtadandır. Məscidin ön tərəfində geniş eyvan yerləşir. Eyvanın damı şiferlə örtülüb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.