Məscid Ucar rayonunun Alpı kəndinin Sərxan Əliyev küçəsində yerləşir.
İbadət evi düzbucaqlı formadadır. Məscidin həyət sahəsi hasarla əhatələnib. İbadətgahın taxtadan tağvari formada altı pəncərəsi və iki giriş qapısı var. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün altı dəmir dirək üzərində dam artırılıb. Məscidin damı yaşıl rəngli kirəmitlə örtülüb. İbadətgahın damında yaşıl günbəz yerləşir və onun taxtadan tağvari formada dörd pəncərəsi var.
Mənbə: