Tovuz şəhər məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Tovuz şəhər məscidiMəscid Tovuz şəhərin Heydər Əliyev prospektində, Şəhidlər Xiyabanında yerləşir. İbadət evi 1996-cı ildə inşa edilib. Məscid Tovuz rayonu polis idarəsinin keçmiş rəisi, polkovnik İmran Hüseynəliyev tərəfindən tikilib. İbadətgahın layihəsinin müəlifi Hüseynəliyevin özüdür, ustası isə Əli İslamoğludur.

Məscid səkkizguşəli formadadır və kərpicdən tikilib. İbadətgahın bir günbəzi və qoşa minarəsi var.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.