Ziyarətgah Tovuz rayonunun Azəflı kəndinə gedən yolun sağ tərəfində, kənd qəbiristanlığı ərazisində yerləşir. Pirin girişinin yuxarı hissəsindəki kitabədə kiril əlifbası ilə “Qərib Seyid məqbərəsi” sözləri həkk olunub.
Qərib Seyid kəramət sahibi olub. Bu səbəbdən, ölümündən sonra, onun qəbirinin üzərində məqbərə inşa edilib və bu yer ziyarətgaha çevrilib.
Məqbərənin bir plastik giriş qapısı var. Ziyarətgah bir otaqdan ibarətdir və orada Qərib Seyidin qəbri yerləşir.
Mənbə: