Sumqayıt şəhər Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sumqayıt şəhərində, H.Salayev küçəsi 27-də yerləşir. İbadət evi 1991-2001-ci illərdə inşa olunub. Məscid yerli sakinlər tərəfindən tikilib.

İbadətgahın binası mişar daşından tikilib. İbadət evinin ümumi ərazisi 4,5 hektar təşkil edir. Məscidin daxilində eyni anda 500 nəfər ibadət edə bilər. İnşa zamanı burada minarə yox idi.

2011-ci ildə keçirilən təmir-bərpa işləri nəticəsində məsciddə 34 metr hündürlüyündə minarə ucaldılıb. Minarə ibadətgahın binasından ayrı tikilib. Məscidin bir günbəzi var və onun iç üzü əlyazmalar ilə bəzədilib. Təmir zamanı ibadət evinin döşəməsinin 624 kvm-lik ərazisi yenidən qurulub və üzərinə 480 kvm-lik xalça sərilib. İbadətgahın mehrabı yenidən düzəldilib. Mehrabın üstündə qızılı rəngli ərəb hərfləri ilə “Bismilləhir-Rahmənir-Rahim” yazısı həkk edilib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://scwra.gov.az
  3. https://web.archive.org