Siyəzən rayonu Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Siyəzən rayonunun mərkəzində, Məcnun Zəkiyev küçəsi 27-də yerləşir. İbadət evinin inşa tarixi 1990-1994-cü illərə aiddir. İbadətgah yerli sakin Böyükağa Ağasəlimin təşəbbüsü ilə yerli əhalinin maddi hesabına tikilib.

İbadət evinin binası mişar daşından tikilib və düzbucaq formadadır. İbadətgahın damı dəmir təbəqə ilə üzlənib. Məscidin bir əsas girişi və 16 pəncərəsi var. Pəncərələrin kanarı məscidin ön tərəfindən kərpiclə işlənib. İbadətgahın mehrabı və daşdan düzəldilmiş altıpilləli minbəri var. Məscidin girişində dörd sütun üzərində tavan uzadılıb.

İbadət evinin hündürlüyü 2,5 metr olan bir günbəzi var, minarəsi isə yoxdur. Günbəz dəmir təbəqə ilə işlənib və 8 pəncərəyə malikdir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az