Şamaxı rayonu Meysəri kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Şamaxı rayonunun Meysəri kəndində yerləşir. İbadət evi 1992-ci ildə kənd sakini Saday İsa oğlunun şəxsi vəsaiti hesabına inşa edilib.

İbadətgah mişar daşından tikilib. Məscidin bir günbəzi və hündürlüyü 14 metr olan bir minarəsi var. Minarə dəyirmi formadadır və onun bir şərəfəsi var. Günbəzin aşağı hissəsi səkkizguşəli, yuxarı hissəsi isə dəyirmi formadadır. Hər bir guşədə isə bir gözlük var. Məscidi ibadət zalında səkkiz pəncərə və bir qapı mövcuddur. İbadətgahın tavanı dörd beton sütun üzərində dayanır. İbadət evinin daxili divarları ağ rənglə boyanıb. Məscidin həyəti çay daşları ilə döşənib və ətrafı hasarla əhatə edilib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.