Salyan şəhəri Ağa Mirəşrəfağa məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Salyan şəhərinin mərkəzində, Seyidlər məhəlləsində yerləşir. İbadət evinin əsas giriş qapısının sağ tərəfində, divarda daş kitabə həkk olunub. Kitabədə məscidin hicri-qəməri tarixi ilə 1324-cü (1906) ildə tikildiyi göstərilir. Məscid Hacı Tağı tərəfindən Ağa Mirəşrəfağanın adına inşa olunub.

Məscid kərpicdən tikilib. İbadət evinin tavanı düzbucaqlı formadadır və altı taxta sütun üzərində dayanıb. Məscidin ibadət zalının ortasından isə qədimi çilçıraq asılıb. Bu çilçıraq ibadət zalına işıq verməklə yanaşı, həm də istilik verir.

Məscidin iki əsas girişi var. İbadət evi iki hissəsədən ibarətdir: qadın və kişi şöbələri. Qadınlar şöbəsi iki mərtəbəlidir. Qadın və kişi şöbələrinin birinci mərtəbəsinin ibadət zalı taxta arakəsmə ilə, ikinci mərtəbəsinin zalı isə şəbəkəli arakəsmə ilə ayrılır. Məscidin kişilər üçün ibadət zalında taxtadan dördpilləli minbər qoyulub.

Sovet dövründə məscid anbar və hospital kimi istifadə edilib.

Mənbə: 

  1. Azərbaycan Respublikasının məscidlərinin ensiklopediyası. Bakı-2001.