Salyan rayonu Xələc kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Salyan rayonu Xələc kənd məscidiMəscid Salyan rayonunun Xələc kəndində yerləşir. İbadət evinin bünövrəsi 1991-ci ildə qoyulub.

İbadətgah dördbucaqlı formaya malikdir. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi.  Hər iki şöbənin giriş qapısının ön tərəfində mərmər lövhə üzərində bu sözlər yazılıb: “Məşədi Aslan məscidi – 1991-ci il”. İbadət evinin dörd bir küncündə minarələr ucaldılıb. Minarələrin hündürlüyü 5 metrdir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.