Şahbuz şəhər Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Naxçıvan Şahbuz şəhər Cümə məscidiMəscid Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində yerləşir. İbadətgahın bünövrəsi 1994-cü ildə qoyulub. Məscidi İran İslam Respublikasının Təbriz şəhərinin ostandarı (qubernatoru) tərəfindən tikilib.

Məscidin binası kərpiclə tikilib. İbadətgahın çöl tərəfdən iki giriş qapısı var. Qapılardan içəri tərəfdə dəhliz yerləşib. Dəhlizdən məscidin içərisinə daha iki qapı qoyulub. Çöl qapılar dəmirdən, iç qapılar isə taxtadan düzəldilib. Məscidin 18 ədəd tağvari pəncərəsi var. Əsas ibadət zalı bir mərtəbədən ibarətdir. İbadət evinin mehrabı ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi dörd beton sütun üzərində dayanıb.

İbadətgah qoşa minarəyə malikdir. Minarələr kərpicdən tikilib və hündürlüyü 26 metr təşkil edir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.