Şahbuz rayon Fərhad evi piri

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Pir Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Biçənək kəndinin şimalındakı Batabat yaylasında yerləşir. Abidə e.ə. VII-VI əsrlərə aid edilir. Pir həmçinin, “Şah Abbas” kimi də tanınır.

Əfsanəyə görə, keçmişdə ziyarətgahın yerləşdiyi ərazidən karvan yolu keçirdi. Həmin yoldan I Şah Abbas qoşunları ilə Qarabağa gedirdi. Bu zaman leysan başlamışdır. Şah Abbas çadır qurulanadək bu pirdə sığınacaq tapmışdır. Yağış kəsdikdən sonra şah burada qurban kəsdirmiş, əsgərlərinə qızıl paylamışdır. O, Qarabağdan qayıdanda buranı yenidən pir kimi ziyarət etmişdir. Hadisənən sonra, bu yer onun adını daşımağa başlamışdır. Bundan sonra da, çobanlar yaylağa gələrkən, yağışlar zamanı pirdə sığınacaq tapmışdırlar.

Pir dörd otaqdan ibarətdir. Birinci otağın sağ divarda kişi, sol divarında isə qadın təsvirləri var. Kənd ağsaqqalları həmin təsvirlərin bəşərin ilk insanları olmuş Adəmlə Həvvaya aid olduqlarını qeyd edirlər. Otaqda istirahət üçün səkilər, şam üçün taxça yerlər qurulmuşdur.

Mənbələr:

  1. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.
  2. https://kataloq.gomap.az