Şağan kənd Muzeyi-Kazim məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Şağan kənd Muzeyi-Kazim məscidiMəscid Bakının Şağan kəndinin Aşağı məhəlləsində, Heybətqulu Məmmədbəyli küçəsi 97-də yerləşir. İbadətgah XIX əsrin sonlarında inşa olunub.

İbadət evinin divarları sal daşlarından hörülüb. İbadətgahın damı qırla örtülüb, döşəməsi isə daş plitədən tikilib. Məscidin günbəzi daşdan inşa olunub və orada üç pəncərə qoyulub. İbadət evinin mehrabı yonulmuş daşla işlənib.

İbadətgah 1937-1994-cü illərdə anbar kimi istifadə olunub. Bundan sonra burada yenidənqurma işləri aparılıb. Buna baxmayaraq məscid öz ilkin formasını saxlayıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az