Sabirabad rayonu Surra kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sabirabad rayonunun Surra kəndinin ərazisində yerləşir. İbadət evi 1980-ci ildə inşa olunub.

İbadətgah düzbucaqlı formadadır. Məscidin tək minarəsi var və onun hündürlüyü 16 metr təşkil edir.

Əvvəllər indiki məscidin yerində qədim ibadət evi var idi, lakin sonradan bu məscid sökülüb və yerində yeni ibadətgah tikilib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.