Sabirabad rayonu Suqovuşan kənd məscidi I

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sabirabad rayonunun Suqovuşan kəndinin ərazisində yerləşir.

İbadət evi mişar daşından tikilib və düzbucaqlı formadadır. Məscidin damı şifer ilə örtülüb. İbadətgahın tavanı dörd daş sütun üzərində dayanır. Məscidin ön tərəfində eyvan yerləşir. İbadət evinin dəmirdən tək minarəsi var və onun hündürlüyü 15 metr təşkil edir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.