Sabirabad rayonu Şəhriyar kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sabirabad rayonunun Şəhriyar kəndinin ərazisində yerləşir. İbadət evi 1979-cu ildə yerli sakin Kərbəlayı Təzəxan Fərrux oğlu Əhədovun təşəbbüsü ilə tikilib. İbadətgahın ustası Tanrıqulu Mirzobba oğludur. Məscid, həmçinin İmam Həsən (ə.s) məscidi kimi də tanınır.

İbadətgah düzbucaqlı formadadır. Məscidin ön tərəfində eyvan yerləşir. İbadət evinin minarəsi, günbəzi və mehrabı yoxdur, minbəri isə taxtadandır və dördpilləlidir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.