Sabirabad rayonu Şəhriyar kənd məscidi II

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sabirabad rayonunun Şəhriyar kəndinin ərazisində yerləşir. İbadət evi 1960-cı ildə inşa edilib. İbadətgah, həmçinin “İmam Hüseyn” məscidi kimi tanınır.

İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı və döşəməsi taxtadandır. İbadətgahın ön tərəfində eyvan yerləşir. Məscidin qapı və pəncərələri düzbucaqlı formaya malikdir. İbadət evinin mişar daşından bir minarəsi var, günbəzi isə yoxdur, minbəri taxtadandır.

1979-cu ildə məsciddə təmir-bərpa işləri aparılıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.