Sabirabad rayonu Qalaqayın kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sabirabad rayonunun Qalaqayın kəndinin ərazisində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1247-ci ildə (1831) inşa olunub.

İbadətgah düzbucaqlı formadadır. Məscidin divarları ərəbcə Quran ayələri ilə bəzədilib. İbadət evinin bir minarəsi və üç günbəzi var. Minarə dəmirdəndir və onun hündürlüyü 17 metr təşkil edir. Günbəzlər də dəmirdəndir və məscidin damında yerləşir.

Sovet dövründə ibadətgah anbar kimi istifadə edilib. 1990-cı ildə məscidin fəaliyyəti bərpa olunub.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.