Sabirabad rayonu Mürsəlli kənd İmam Hüseyn məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sabirabad rayonunun Mürsəlli kəndinin ərazisində yerləşir. İbadət evinin təməli 1993-cü ildə qoyulub. İbadətgah yerli əhali tərəfindən inşa edilib.

Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadətgahın tavanı dəmir təbəqədən, döşəməsi isə taxtadandır. İbadət zalının tağvari formada 21 pəncərəsi mövcuddur. Günbəzin hündürlüyü 4,5 metr təşkil edir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.