Sabirabad rayonu Məmişlər kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Sabirabad rayonunun Məmişlər kəndinin ərazisində yerləşir. İbadət evi XX əsrin ortalarında yerli əhali tərəfindən inşa olunub.

Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadətgahın damı şifer ilə işlənib. Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşir. İbadət evinin yan tərəfində dəmir borudan 12 metr hündürlüyündə minarə ucaldılıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.