Məscid Sabirabad rayonunun Axıska kəndinin ərazisində yerləşir. İbadət evi 1993-cü ildə yerli əhali tərəfindən inşa olunub.
İbadətgah mişar daşından tikilib və düzbucaqlı formaya malikdir. Məscidin tavanı faner ilə işlənib və dörd dəmir boru üzərində dayanır. İbadətgahın divarları rəngli həndəsi naxışlarla bəzədilib. Məscidin bir günbəzi və bir minarəsi var. Onların üstündə aypara və beşulduz rəmzi quraşdırılıb. Minarənin hündürlüyü 15 metrdir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.