Saatlı rayonu Seyidlər kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Saatlı rayonua Seyidlər məscidi

Məscid Saatlı rayonunun Seyidlər kəndinin ərazisində yerləşir.

İbadət evi düzbucaqlı formaya malikdir. İbadətgahın damında böyük günbəz yerləşir, yan tərəflərində isə qoşa minərə ucaldılıb. Günbəz tağvari gözlüklərlə əhatələnib və dörd sütun üzərində dayanır. Məscidin qapı və pəncərələri də tağvari formadadır. Giriş hissəsində bir iri və altı kiçik tağ üzərində dam artırılıb. İri tağın və minarələrin aşağı hissəsinin daşlarına naxışlar həkk olunub. İbadətgahın divalarının və günbəzinin daxili tərəfində Allahın və Məsumların (ə.s) adları yazılıb və naxışlar həkk olunub. İbadət zalı iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir.