Məscid Saatlı rayonunun Dədə Qorqud kəndinin ərazisində yerləşir. İbadət evi, həmçinin “Əbəlfəzl Abbas” məscidi kimi tanınır.
Məscid düzbucaqlı formadadır və mişar daşından inşa edilib. İbadətgahın damı şifer ilə örtülüb. İbadət evinin ön tərəfində eyvan yerləşir. Məscidin qapı və pəncərələri düzbucaqlıdır və taxtadandır. İbadət zalı iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi kişilər şöbəsindən pərdə ilə ayrılır. İbadət zalında dörd pilləli minbər mövcuddur.
İbadət evinin damında günbəz yerləşir. Günbəz dəmirdəndir və onun üstündə aypara ilə ulduz rəmzi quraşdırılıb. İbadətgahın sağ tərəfində minarə ucaldılıb.