Məscid Şəmkir rayonunun Düyərli kəndində yerləşir. İbadət evinin inşasına 1995-ci ilin dekabrında başlanılıb. İbadətgah yerli sakin Cümşüd İmamverdi oğlu İmanov və Rəşid İmanov tərəfindən tikilib.
Məscid mişar daşından inşa edilib. İbadət evinin bir günbəzi və qoşa minarəsi var. Günbəzin ətrafında pəncərələr mövcuddur. Minarələrin hündürlüyü 18 metr təşkil edir. Bir müddət sonra ibadətgahın günbəzi yaşıl rənglə boyanıb. Məscidin həyəti daş hasarla əhatə edilib. İbadət evinin girişi tağvaridir. İbadətgahın ön tərəfində tağvari formada iki pəncərə və bir giriş qapısı var.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.