Şəmkir rayonu Əliyaqublu kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Şəmkir rayonu Əliyaqublu kənd məscidiMəscid Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşir. İbadət evi 1998-ci ildə inşa edilib.

İbadətgah mişar daşından tikilib. Məscidin bir günbəzi və 15 metr hündürlüyündə iki minarəsi var. Günbəz və minarələrin üstündə aypara və səkkizguşəli ulduz rəmzi quraşdırılıb. İbadət evinin minarələri daş plitələrlə üzlənib. Məscidin əsas girişi üç tağlı baştağdan ibarətdir. İbadət zalına giriş qapılarının hər iki tərəfində yardımçı otaqlar yerləşir. Məscidin əsas zalında tağvari formada 12 pəncərə var. İbadət evinin mehrabı dördbucaqlı formaya malikdir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.