Sədərək şəhəri Kərbəlayı Qara Seyid Ağa ocağı

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ocaq Naxçıvan Muxtar Respublikasının Sədərək şəhərində yerləşir. Ziyaratgəhın bu ocağın təməl daşı, ilkini, əvvəli sayılan Kərbəlayi Qara Seyid adlı bir övliya olub.

Qara Seyid XVII əsrin sonlarında maddi çətinliklərə görə Təbriz şəhərindən Naxçıvana, oradan da Sədərəyə gəlib və burda məskən salıb. Ailənin kiçiyi, görkəmindən qumral olduğu üçün ata-anası onun adını Qara qoymuşdular.

Kənd camaatına fiqh elmindən, şəriətdən, Quranın təsvirindən dərs deməyə başlayan Qara Seyid məclislərdə tez-tez iştirak edib, İslam dininin incəliklərini yaymaqla məşğul olub.

Mənbə:

  1. Hacı Mirfazil. Sədərəyin Seyidlər ocağı. Bakı-2016.