Ramana qəsəbəsi Qala məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ramana qəsəbəsi Qala məscidiMəscid Bakının Ramana qəsəbəsində, Baba Babazadə küçəsində yerləşir. İbadətgah Xəlifə Əli məscidi kimi də tanınır.

Bu məscidin dəqiq inşa tarixi barədə məlumat yoxdur. İbadətgahın əsasas giriş qapısının üstündəki dəmir lövhədə ibadət evinin XVII əsrə aid olduğu göstərilib. Lakin məscidin giriş qapısından sağ tərəfdəki daş kitabədə hicri-qəməri təqvimi ilə 1256-cı (1840) il yazılıb. Əsas giriş qapısının üstündəki daş kitabədə isə 1056-cı (1646) il tarixi qeyd olunub.

İbadətgah qayaların üstündə tikilib. Məscidin əsas ibadət zalı bir mərtəbədən ibarətdir. İbadət evinin pəncərələrinin birinci layı taxta, ikinci layı isə daşla işlənib.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az