Məscid Bakının Ramana qəsəbəsinin Mirəsədulla Qafarov küçəsində yerləşir. İbadətgah hicri-qəməri təqvimi ilə 1320-ci (1902) ildə inşa edilib. Bu haqda ibadət evinin giriş qapısının üstündəki daş kitabədə məlumat verilir.
Məscid düzbucaqlı formadadır və birmərtəbəlidir. İbadətgahın tavanı beton, döşəməsi isə daş plitədəndir. İbadət evinin tavanı dörd sütun üzərində dayanır. Məscidin həyətyanı sahəsi hasara alınıb.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://kataloq.gomap.az