Quba şəhəri Ərdəbil məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Quba şəhərində, Fətəli Xan küçəsi 113-də yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1312-ci ildə (1894) yerli əhali tərəfindən inşa edilib.

Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın tavanı taxtadandır və dörd sütun üzərində dayanır. İbadət evinin doqquz pəncərəsi və bir qapısı var. Qadınların ibadət zalı məscidin ikinci mərtəbəsində yerləşir. Məscidin minbəri doqquzpilləlidir və şam ağacından hazırlanıb.

Sovet dövründə məscid anbar, yataqxana, arxiv kimi istifadə olunub. 1966-cı ildə ibadət evi yandırılıb və illərlə yararsız vəziyyətdə saxlanılıb. 1988-ci ildə ibadətgah dövlətin himayəsinə alınaraq təmir olunub. Sonradan məsciddə yardımçı otaqlar və dəstəmazxana tikilib. 1989-cu ildə isə məscidin fəaliyyəti bərpa edilib. 1990-cı ildə ibadət evində əsaslı təmir-bərpa işləri aparılıb.

Əvvəllər Ərdəbil məscidinin yerində başqa bir məscid var idi. Bu ibadətgahın Nadir Şahın yürüşündən əvvəl də olduğu bildirilir. Keçmiş məscid qara kərpicdən tikilmişdir. Sonradan burada karvansaray salınmışdır. Məsciddə əsasən səyyahlar ibadət etmişdirlər. Həmin vaxt Ərdəbildən buraya 40 ailə köçmüşdür. Bu səbəbdən məscidin yerləşdiyi küçə Ərdəbil küçəsı adlandırılmışdır.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.anl.az
  3. http://shahdagpeoples.az