Qazax rayonu Kəmərli kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Məscid Qazax rayonunun Kəmərli kəndində yerləşir. İbadətgah 1993-1994-cü illərdə inşa edilib. İbadət evi yerli müəllim Şərif Əhməd oğlunun şəxsi hesabına tikilib.

İbadətgah səkkizguşəli formadadır. Məscidin damı piramida formasındadır. İbadət evi ikimərtəbəlidir və mişar daşından tikilib. İkinci mərtəbəyə qalxmaq üçün məscidin çöl hissəsindən pilləkən çəkilib. Məscidin damı dəmir təbəqə ilə üzlənib. İbadət evinin giriş qapıları və pəncərələri tağvaridir.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.