Qala qəsəbəsi Cümə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Qala qəsəbəsi Cümə məscidiMəscid Bakının Qala qəsəbəsində, Aşağı məhəllədə, Sülh küçəsində yerləşir. İbadətgahın hicri-qəməri təqvimi ilə 1329-cu (1911) ildə inşa edildiyi haqda giriş qapısının üstündəki kitabədə yazılıb.

Dəhlizin sol tərəfində əsas ibadət zalı yerləşir. Məscidin ibadət zalında dairəvi formada altı pəncərə var. İbadət evinin tavan və günbəzi dörd sütun üzərində dayanır. Sütunlar tağlarla bir-birinə birləşib. İbadətgahın günbəzinin üzərində səkkiz pəncərə qoyulub. Məscidin mehrabının üstündə daş kitabə var. İbadətgahın minbəri yeddipilləlidir və taxtadan düzəldilib. İbadət evi iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. kataloq.gomap.az