Ordubad şəhər Sərşəhər məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ordubad şəhəri Sərşəhər məscidi 9Məscid Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində, Sərşəhər məhəlləsinin mərkəzində yerləşir. İbadət evinin inşa tarixi XVIII əsrə aid edilir.

İbadətgah kvadrat formasındadır və iki mərtəbədən ibarətdir. Məscid çaylaq daşlarından və kərpicdən inşa edilib. İbadətgahın tavanı taxta və fanerlə, döşəməsi isə taxta ilə işlənib. Tavan altı taxta sütun üzərində dayanır. İbadət evinin beş böyük tağlı pəncərəsi var. Pəncərələr şəbəkələrlə bəzədilib. Məscidin üçpilləli taxta minbəri mövcuddur. İbadətgah iki hissəyə bölünür: qadınlar və kişilər şöbəsi.

Məscidin kitabxanası da var. Burada 30-dan çox əlyazma əsərləri saxlanılır.

İbadətgah 1986-cı ildə bərpa və təmir edilmişdir.

Ordubad şəhər Sərşəhər məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan-2008.
  3. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan- 2017.