Ordubad rayonu Dırnıs məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Ordubad rayonu Dırnıs məscidiMəscid Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşir. İbadətgah kənddə ən iri məscid olduğundan el arasında “Böyük məscid” adlanır. İbadət evi memarlıq üslübuna görə, XVII əsrə aid edilir.

Məscidin dirəklərindən birinin sütun başlığı üzərindəki kitabədə, ibadətgahın hicri-qəməri təqvimi ilə 1339-cu ildə (1920-1921) ordubadlı usta Həsən tərəfindən təmir olunması haqda yazılıb.

İbadət evi 1999-cu ildə əhalinin vəsaiti ilə təmir edilib. Təmir işləri zamanı məscidin qərbdən giriş qapısının qarşısında eyvan düzəldilib və minarə ucaldılıb.

Mənbə:

  1. nuhcixan.az