Nehrəm kəndi İkinci Hüseyniyyə məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Nehrəm kəndi İkinci Hüseyniyyə məscidiMəscid Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Nehrəm kəndində yerləşir. İbadət evinin inşa tarixi 1994-cü ilə aid edilir. İbadətgah xeyriyyəçi Hacı İbrahim Hüseyn oğlu tərəfindən tikilib.

Məscid səkkizbucaqlıdır və kərpicdən inşa edilib. İbadətgahın taxtadan beş pəncərəsi və iki giriş qapısı var. Giriş qapılarının önünə pilləkənlər salınıb. İbadət zalı iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Şöbələr bir birindən taxta arakəsmə ilə ayrılıb. Məscidin bir günbəzi və hündürlüyü 11 metr olan bir minarəsi var. Günbəz dörd sütun üzərində dayanır və onun üstü dəmir təbəqə ilə üzlənib. Günbəzin ətrafında səkkiz taxta pəncərə yerləşir. Həmin pəncərələr şəbəkə və rəngli şüşələrlə işlənib. Minarənin eyvanının altına isə “1994 İbrahim Hüseyn oğlu tikdirib” yazısı həkk edilib. İbadət evinin daşdan hazırlanmış beşpilləli minbəri var.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.