Neftçala rayonu Xol Qaraqaşlı kənd məscidi

Usage in Maps: Azərbaycanda ibadətgahların xəritəsi

Neftçala rayonu Xol Qaraqaşlı kənd məscidiMəscid Neftçala rayonunun Xol Qaraqaşlı kəndində yerləşir. İbadət evi, həmçinin İmam Əli məscidi kimi də tanınır.

İbadətgah kərpicdən inşa edilib, dam örtüyü isə şiferdəndir. Məscidin minbəri dördpilləlidir. İbadət evinin bir giriş qapısı və beş plastik pəncərəsi var. Məscidin yanında dəmir təbəqədən bir minarə inşa edilib.